İctimai məktəblərdə birinci siniflərin qeydiyyatının dördüncü
mərhələsi başlayıb.
Marneulinin 74 ictimai məktəbi bu il 1900-a yaxın birinci sinif
şagirdini qəbul edib.
Marneuli Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, təhsil müəssisələrində 27
iyun tarixindən 12 iyul tarixinə qədər qeydiyyatın son, ümumi
mərhələsi davam edib.
Onun sözlərinə görə, indiki mərhələdə boş
qalan və ya əvvəlki
mərhələdə azad olunan yerlərə I, II və III mərhələlərdə
qeydiyyatdan keçə bilməyən, yaxud qeydiyyatı dəyişmək istəyən
şagirdlər qəbul olunub.
“Dördüncü mərhələdə
məktəb şagirdi valideyn, qanuni nümayəndə tərəfindən təqdim edilmiş
vacib sənədlər əsasında qeydiyyatdan keçirir”, - İrma
Davadze.
İrma Davadze həmçinin, bildirib ki, bu il “Mənim ilk kompüterim”
proqramı qüvvədədir və proqram çərçivəsində ictimai məktəblərə
1700-ə qədər leptop paylanıb.
Təhsil müəssisələri qeyd olunan texnikanı birinci sinif
şagirdlərinə təqdim etmək üçün hazırlayacaqlar.
2024-2025-ci tədris ili 16 sentyabr tarixində başlayacaq.