Bu gün, 14 avqust tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində
Gürcüstanın Avropaya inteqrasiyası, xarici təhlükələr və ölkənin
geostrateji üstünlüyü mövzusunda görüş keçirildi.
Mühazirəni Rondeli Fondunun nümayəndələri Kaxa Qoqolaşvili və Zurab
Batiaşvili təqdim etdilər. Onlar görüşdə gənclərə Avropa
İttifaqından və dəyərlərindən bəhs etdilər. Bu barədə “Marneuli”
radiosu ilə söhbəti zamanı Zurab Batiaşvili bildirdi ki, onlar
Gürcüstanın müxtəlif bölgələrinə
gedib gənclərlə və qeyri-hökumət
təşkilatlarının nümayəndələri ilə görüş keçirirlər.
“Bölgələrə gedib gənclərlə və qeyri-hökumət
təşkilatlarının nümayəndələri ilə görüşürük. Gürcüstan və onun
ətrafında baş verən hadisələr haqqında danışırıq. Onların
düşüncələrini, suallarını dinləyirik. Gürcüstanın təhlükəsizliyi,
qarşısında duran problemlər, Rusiya təbliğatı, Rusiyanın yaydığı
dezinformasiya haqqında danışırıq. Çalışırıq ki, gənclərə işin
məzmununu izah edək, reallığı göstərək və həmçinin, Rusiya
tərəfindən yayılan dezinformasiya və təbliğat ilə necə mübarizə
etməlidirlər onu öyrətməyə çalışırıq. Bu qanunu qəbul etdiklərinə
görə, Gürcüstan vətəndaşları 26 oktyabr tarixində rus partiyalarına
səs verməsinlər”, – Rondeli Fondunun araşdırmaçısı
Zurab Batiaşvili dedi.
Görüşdə gənclər və müxalifət partiyaların üzvləri iştirak
edirdilər.