Marneuli uşaq bağçalarında 188 uşaq ehtiyatda qalıb
Marneuli bələdiyyəsinin uşaq bağçalarına 801 uşaq qeydiyyatdan keçib. 188 uşaq təhsil müəssisəsinə daxil ola bilməyib.

Marneuli Uşaq Bağçaları Birliyinin nümayəndəsi Soso İnadze bildirdi ki, bağçaya qəbul ola bilməyən uşaqlar ehtiyat siyahısındadırlar. O, düşünür ki, onların qəbulu mərhələli şəkildə, boşalan yerlər üzrə aparılacaq.

“Birinci mərhələdə sosial yardım alanlar və məcburi köçkünlər nəzərdə tutulub. Ümumilikdə 801 uşaq bağçaya
qeydiyyatdan keçib. Məktəbəqədər hazırlıq qruplarına 545 uşaq qeydiyyatdan keçib. 18 yerdə məktəbə hazırlığımız və ümumilikdə 36 qrup var”,
– Soso İnadze dedi.

Marneuli şəhərinin 1 saylı uşaq bağçasında 100, 3 saylı uşaq bağçasında 70, Saimerlo uşaq bağçasında isə 18 uşaq təhsildən kənarda qalıb. Lakin bu, bələdiyyədə bağçasız qalan uşaqların ümumi sayını əks etdirə bilməz, çünki qeydiyyat üçün Bağçalar Birliyinə müraciət etməyənlər var.

Marneulidə hər il yüzlərlə uşaq məktəbəqədər təhsil imkanından məhrum qalır. Bunu şərtləndirən amil ilk növbədə, təhsil müəssisələrinin olmamasıdır. Bələdiyyədə 84-ə yaxın kənd var və bunlardan yalnız 10-da bağça fəaliyyət göstərir.

Marneulidə ümumilikdə 14 məktəbəqədər təhsil müəssisəsi var və hazırda 12-si fəaliyyət göstərir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123