Ağkörpüdə yolun çəkilməsi üçün elan edilmiş 433 711 lari dəyərində tender baş tutmayıb

Marneuli bələdiyyəsinin Ağkörpü kəndində daxili yolların bərpası üçün elan edilmiş tender baş tutmayıb.


Yerli özünüidarə Ağkörpüdə yolun çəkilməsi üçün 433 711 lari dəyərində tenderi 12 sentyabr tarixində elan edib. Ancaq tenderdə heç bir şirkət iştirak etməyib. Tender sənədlərinə görə, bərpa olunacaq hissədən başqa yolun salınması yerli girişlərin bərpasını da nəzərdə tutur.

“Layihə hissəsi 5 müstəqil
xətdən ibarətdir və ümumi uzunluğu 745 metrdir. Layihə hissəsindəki səth çınqıllı torpaqdır, müəyyən yerlərdə çuxurlar var. Yolda əsaslı sement-beton örtüklü yol örtüyünün ikiqat tikintisi aparılır. Örtüyün tikilməsindən əvvəl suyun qarşısını almaq üçün tədbirlər görmək vacibdir ki, yolun hərəkət hissəsində sel olmasın”,
– tender sənədində yazılıb.

Hələ ki, Ağkörpü kəndi üçün yeni tenderin nə zaman elan ediləcəyi və bələdiyyənin 2024-cü ilin büdcəsində nəzərdə tutacağı, hazırda mövcud olan vəsaitin dəyişib-dəyişməyəcəyi məlum deyil.

 

Print ელ. ფოსტა
თეგები: Ağkörpü Marneuli
FaceBook Twitter Google