20 oktyabr tarixində “Gürcü Arzusu” partiyasının nümayəndələri,
Marneuli şəhərinin meri Kənan Ömərov, Parlamentin üzvü Zaur
Darğallı və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze
Sadaxlı kəndində əhali ilə görüş keçiriblər.
Bu barədə Zaur Darğallı öz rəsmi feysbuk səhifəsində məlumat dərc
edib. Biz seçkiqabağı keçirilən görüşləri Zaur Darğallının
paylaşdığı video və fotolardan öyrənirik. Onlar əhali ilə
keçirdikləri kampaniyaları
bizdən gizlədirlər. Keçirilən görüşləri
işıqlandırmaq üçün “Gürcü Arzusu” seçkibabağı təşviqat
kampaniyasına başlayan zaman onlardan görüşün yerini bizə
bildirmələrini tələb etdik. Yerli səviyyədə patiyaya yaxın olanlar
bir zəngdən sonra bizim zənglərimizə cavab vermirlər və ya bu
mövzunun onlara aid olmadığını deyirlər. Zaur Darğallı isə telefon
zənglərinə cavab vermir.
Paylaşılan şəkillərdə görüşə Sadaxlı 1 və 2 saylı,Təzəkənd, Xuldərə
və Mollaoğlu orta məktəblərinin müəllimlərinin də qatıldığını
gördük. Biz onlardan bir neçəsi ilə əlaqə saxladıq və şəxsi
məlumatların məxfiliyini nəzərə alaraq onların ad və soyadlarını
qeyd etmədik.
“Bizi məktəb direktoru aparmışdı. Heç bir vəd
vermədilər. Dedilər biz haraya, siz də oraya. Ölkənin çətin
vəziyyətdə olduğunu və başqa partiyaya səs versək müharibə baş
verəcəyini söylədilər” - ad və soyadının keçməsini
istəməyən müəllim bildirdi.
Zaur Darğallı öz paylaşımında, görüş çərçivəsində “Gürcü Arzusu”
dövründə həyata keçirilən layihələri müzakirə etdiklərindən və
gələcək planlardan danışdıqlarından bəhs edib.
Tədbirdə iştirak edən müəllimlərdən bir digərinin sözlərinə görə,
görüşdə əsas diqqət Gürcüstanın gələcəyinin gözəl olacağına
yönəldilib.
“Mən başqa məktəbdə işləyirəm deyə, heç xəbərim olmadı.
Onu bildim ki, gedilir mən də getdim. Gürcüstanın gələcəyi
haqqında, gələcəyinin bu gündən də gözəl olacağı barədə danışdılar.
Əvvəllər də olduğu kimi, yavaş-yavaş kəndlərdə olan problemləri
həll edəcəklərini və ildən-ilə büdcənin artdığını bildirdilər. Əsas
məsələ Gürcüstanın bütövlüyü, azadlığı, əmin-amanlığı və yenə gözəl
Gürcüstan idi” - müəllimlərdən biri
qeyd etdi.
Qeyd edək ki, Parlament seçkiləri siyahısında “Gürcü Arzusu”
partiyasından Zaur Darğallı 25-ci yeri tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415