Təbii fəlakətlər nəticəsində uçmuş iki körpünü bərpa etmək üçün üçüncü cəhd

Marneuli özünüidarəsi Algeti çayı üzərindən keçən iki körpünün tikintisi üçün üçüncü dəfə tender elan edib.



5 dekabr tarixində yerli özünüidarə Marneuli şəhərində, bazar yaxınlığında korpünün giriş-çıxış və bənd tikintisi işlərinin alınması üçün yenidən tender elan edib. Son iki tenderdə heç bir şirkət iştirak etməyib. Tender dəyişmədən, 592 674 lari dəyərində yenidən elan edilib.

“Layihəyə əsasən, zədələnmiş keçid plitəsinin sökülməsi və ona oxşar konstruksiyaya malik yeni plitənin düzəldilməsi, mövcud
zədələnmiş məhəccərin beton nasoslarının sökülməsi, üzərinə yeni metal məhəccər qoyulan oxşar konstruksiyaya malik nasosların yerləşdirilməsi nəzərdə tutulub. Bununla yanaşı, körpünün hər iki sahil bəndi boyunca dəmir-beton, tənzimləyici divarlar, bazara birləşən yol boyu 108 uzun metr tənzimləyici divarın çəkilməsi nəzərdə tutulub” – Dövlət alqı-satqı izahatnaməsində bildirilir.
Marneuli meriyası tərəfindən ikinci tender Borçalı küçəsində Alget çayı üzərində avtomobil körpüsünün tikintisi üçün elan edilib. Körpünün tikintisi layihəsinə əsasən, təbii fəlakətdən sonra uçmuş yerdə vətəndaşlar tərəfindən düzəldilmiş avtomobil körpüsü olub.
“Dəmir-beton bloklarla təchiz olunmuş dayaqlarda 9 metr uzunluğunda dəmir-beton dayaqdan ibarət avtomobil körpüsü yerli əhalinin vəsaiti hesabına salınıb. 2024-cü ilin may ayında baş vermiş təbii fəlakət nəticəsində mövcud körpü dağılıb və bu gün sakinlər avtomobildən istifadə etmədən evlərinə getmək üçün piyada körpüsündən istifadə etmək məcburiyyətində qalıblar. Bu da onlara böyük narahatlıq yaradır. Bütün bunları nəzərə alaraq, yeni körpü keçidi tikmək lazımdır”
- Körpünün tikintisi layihəsində qeyd olunub.


Marneuli meriyası Borçalı küçəsində Algeti çayı üzərində körpünün tikintisinə 396 627 lari xərcləyəcək.

Yeni tenderlərdə 13-16 dekabr tarixlərində iştirak etmək mümkündür.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12