Daxili İşlər Nazirliyi Marneulidə qanunsuz olaraq odlu silah və
döyüş sursatlarının alınması, saxlanması və gəzdirilməsi ittihamı
ilə bir nəfəri həbs edib.
Yanvarın 10-da yayılan məlumata görə, Marneulidə əcnəbi vətəndaş,
2001-ci il təvəllüdlü D.H. saxlanılıb.
“Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon
Şöbəsinin əməkdaşları 2001-ci il təvəllüdlü əcnəbi vətəndaş
D.H.-nın Marneulidə müvəqqəti yaşadığı ünvana baxış keçirərək,
oradan odlu silah, 10 ədəd güllə və 1 ədəd ağızlıq maddi sübut kimi
müsadirə ediblər", - Daxili İşlər Nazirliyinin
məlumatında deyilir.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, polis Tbilisi və
regionlarda qanunsuz olaraq odlu
silah, döyüş sursatlarının
alınması, saxlanması, daşınması ittihamı ilə ümumilikdə 9 nəfəri
həbs edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3 və
4-cü hissələri ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 7
ilə qədər həbs cəzası nəzərdə tutulur.