Marneuli Avtoparkı avtobuslar üçün müvafiq ehtiyat hissələrin alınmasına 194 878 lari xərcləyəcək

Marneuli Avtoparkı balansında olan maşınlar üçün lazımı ehtiyat hissələrinin alınmasına 194 878 lari xərcləyəcək.


“Marneuli Avtoparkı” MMC tərəfindən elan edilmiş tenderə əsasən, şirkət avtobuslar üçün lazımı ehtiyat hissələri almağı nəzərdə tutur.

“Marneuli Avtoparkı”-nın balansında olan Bogdan A 09201 (E-1), PAZ və İSUZU avtobuslarının ehtiyat hissələri”, – elektron tenderdə qeyd olunub.

Tender təklifinə görə, qalib gələn şirkət 2025-ci ilin 31 dekabr tarixinə qədər, mərhələli şəkildə, tələbə uyğun olaraq “Marneuli Avtoparkına” hissələri təhvil verməlidir.

Tenderdə iştirak etmək istəyən
şirkətlər 24-27 mart tarixlərində öz təkliflərini təqdim edə bilərlər.

“Marneuli Avtoparkı” meriyanın balansında olan şirkətdir və bələdiyyədə ictimai nəqliyyatın fəaliyyətinə görə məsuliyyət daşıyır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google