Marneulidə qarşıdakı üç gün ərzində hava şəraitinin dəyişkən, lakin
əsasən yaxşı olacağı gözlənilir.
16 aprel, çərşənbə – Gözlənilir ki, hava buludlu və küləkli olacaq,
gün ərzində ara-sıra yağış yağa bilər. Temperatur 6°C-dən 12°C-yə
qədər dəyişəcək.
17 aprel, cümə axşamı – Gün ərzində hava açıq və
günəşli olacaq, axşama doğru isə buludların artması mümkündür.
Temperatur 9°C-dən
20°C-yə qədər yüksələcək.
18 aprel, cümə – Hava qismən günəşli olacaq və
nisbətən sakit hava şəraiti davam edəcək. Temperatur 6°C-dən
19°C-yə qədər olacaq.
Sinoptiklər sakinlərə hava şəraitinə uyğun geyim seçməyi tövsiyə
edirlər.