Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Marneulidə baş
verən atışma hadisəsi ilə bağlı 2 nəfər həbs edilib.
Hadisə dünən, iyunun 4-də Marneulinin mərkəzi meydanında baş
verib.
“İsti izlər və istintaq hərəkətləri nəticəsində Daxili
İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli
Rayon Şöbəsinin əməkdaşları Marneulidə olan atışma hadisəsi ilə
bağlı 2 nəfəri həbs ediblər: 2003-cü il təvəllüdlü E.M. və 2005-ci
il təvəllüdlü R.Q." - DİN-in açıqlamasında
deyilir.
DİN-dən verilən məlumata görə, 2003-cü il təvəllüdlü E.M qəsdən
sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə
etmə, saxlama və daşıma, R.G. isə qanunsuz olaraq odlu silah almaq,
saxlamaq və daşımaq ittihamı ilə saxlanılıb.
“İstintaq nəticəsində müəyyən edilib ki, bu il iyunun
4-də Marneulidə keçmiş münaqişə zəminində başlayan mübahisə zamanı
E.M odlu silahdan 1998-ci il təvəllüdlü V.Q.-ya atəş açıb, daha
sonra R.G.-lə birlikdə gizlənməyə cəhd edib, lakin hər ikisi polis
tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Yaralıya müvafiq
tibbi yardım göstərilib, o, xəstəxanaya
yerləşdirilib", - DİN-in məlumatında deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 117 və 236-cı maddələri ilə
araşdırma aparılır. Həmin cinayətlər 7 ilə qədər azadlıqdan
məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415