“Gürcü Arzusu”-nun namizədini çoxları tanımır. Mer olmaq üçün real şansım var” – vəkil Əli Bədirov
Vəkil Əli Bədirov siyasətə qayıdıb və Marneuli merliyi uğrunda mübarizə aparacaq.
Əli Bədirov Marneuli merliyinə “Bizim Vahid Gürcüstandan” namizəd olacaq. Onların seçki nömrəsi 5-dir. Bədirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, siyasi partiyalar “Gürcü Arzusuna” mer vəzifəsini asan şəkildə təhvil verməməlidirlər. O, hesab edir ki, qalib gəlmək imkanı var və ona görə də öz

namizədliyini verməyə qərar verib.

“Əminəm ki, mənim iştirakımla, əgər üçüncü siyasi partiya səs toplasa güman ki, minimum ikinci tura qədər iş gedəcək. Əgər olmasa, mer olmaq üçün real şans görürəm” – Əli Bədirov bildirir.

Bədirov deyir ki, “Gürcü Arzusunun heç kimin tanımadığı namizəd” təqdim etməsindən sonra seçkilərdə namizədliyini təqdim etməyə qərar verib.

“Marneulidə çox adam həqiqətən Daur İsmayılovu tanımır. Məhz bu səbəbdən ciddi şansımın olduğuna qərar verdim” – Əli Bədirov bildirdi.

“Bizim Vahid Gürcüstanın” merliyə namizədi, qeyri-rəsmi şəkildə “Gürcü Arzusunun” merliyə namizədinin Daur İsmayılov olacağı məlum olduqdan sonra feysbukda onunla birlikdə 2017-ci ildə çəkilmiş şəkil paylaşmışdı. Həmin foto bu gün, 1 sentyabrda onun feysbukunda artıq yoxdur. Bədirovun sözlərinə görə, həmin şəkili niyə paylaşdığını xatırlamır.

“O zaman onun namizədliyi rəsmi olaraq elan edilməmişdi. Namizədlərdən biri kimi düşünürdülər. Çünki belə deyək mən onu illərdir tanıyıram və kiçik qardaşım adlandırırdım. Buna görə ola bilərdi. Dəqiq xatırlamıram nəyə görə paylaşmışdım. Ola bilsin kiçik qardaşımın da bu seçkilərdə müəyyən şansları olsun, amma mənim də merliyə real namizəd olduğumu sürpriz olaraq saxlayırdım” –
Əli Bədirov bildirdi.
ალი ბადიროვი და დაურ ისმაილოვი

Müxalifət prtiyalarının əksəriyyəti yerli özünüidarə seçkilərinə etimadsız olduqlarını bildiriblər və etiraz ediblər, seçkilərdə iştirak etməyi düşünmürlər. Tanınmış partiyalardan seçkidə “Lelo” və “Qaxariya Gürcüstan naminə” partiyaları iştirak edəcək. Bədirovun sözlərinə görə, “Gürcü Arzusu"nun siyasi qərarlarını dəstəkləmir və hesab edir ki, problem seçkilərdə iştirak etməməklə həll olunmur.

“Heç bir ağlı başında olan insan "Gürcü arzusu"-nun bu cür siyasətini dəstəkləyə bilməz. Lakin mən seçkilərdə iştirak etməməyi problemin həlli yolu hesab etmirəm. Çünki bu siyasi arenanı tamamilə "Gürcü arzusu"nun nəzarətinə keçirərdi. Ona görə də hesab edirəm ki, bu seçkilərdə mütləq olmalı və qalib gəlməliyəm".

Seçki saxtakarlığı olarsa, yerli və ya beynəlxalq müşahidəçilərin yerli özünüidarəetmə orqanlarına seçkiləri müşahidə etmək imkanı olmadığı halda seçki pozuntularının aşkarlanacağını nə dərəcədə gözləyirsiniz sualına o, belə cavab verdi ki, bu halda müxalifət partiyalarının qiymətləndirməsi həlledici rol oynayacaq.

“Əgər “Gürcü Arzusu” Daur İsmayılovun qələbəsini qazanarsa, bu halda müxalifət nümayəndələrinin qiymətləndirməsi mühüm olacaq. Seçkiqabağı kampaniya hansı vəziyyətdə, seçki günü necə keçirildi. Məhz düşünürəm ki, bu legitimlik-qeyri-legitimliyin əsası olacaq”.

Bədirovun sözlərinə görə, onun komandasının kifayət qədər maliyyəsi yoxdur və ona görə də bu seçkilərdə “bir az kasıb” iştirak edəcək. Bədirov sentyabrın 5-də seçicilərlə görüşməyi və aktiv seçki kampaniyasına başlamağı planlaşdırır.

Əli Bədirov əvvəllər də yerli seçkilərdə iştirak edib. 2021-ci il yerli seçkilərdə “Leyboristlər Partiyasının” üzvü olub və Marneuli Bələdiyyə Məclisinə namizəd olub. Bədirovun partiyası Marneulidə 1039 səs (2,28%) toplayıb və Bələdiyyə Məclisinə üzv ola bilməyib. 23 dekabr 2021-ci ildə Bədirov “Marneuli” radiosuna açıqlamasında siyasətdən getdiyini bildirib.

"4 il uzun müddət olduğu üçün siyasətdən getdim. Yerli seçkilərdə iştirak etməyi xüsusilə xoşlayıram. Çünki Marneulidə çoxlu tərəfdarlarım, seçicilərim var. Ona görə də bu 4 il mənim üçün boşa getmədi, qanuni işlərlə məşğul oldum və hesab edirəm ki, məlumatlılığım çox yüksək səviyyədədir" – Əli Bədirov bildirib.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 2025-ci il oktyabrın 4-də keçiriləcək. İndiki mərhələdə Marneulidə merliyə yalnız iki namizəd məlumdur, “Bizim Vahid Gürcüstan”-dan Əli Bədirov və “Gürcü Arzusu”ndan Daur İsmayılov.


Əli Bədirovun namizədliyini irəli sürdüyü partiya haqqında nə bilirik?

“Bizim Vahid Gürcüstan” partiyasının sədri İsak Qiorqadzedir. Partiyanın 2024-cü il Parlament seçkiləri üçün proqramının müəllifi Qoça Tsopuraşvilidir. Qoça Tsopuraşvili 2016-cı ildə “Gürcü arzusu”na 20 000 lari ianə edib.

“İnterpressnews”-un yaydığı məlumata görə, partiya 2020-ci il Parlament seçkilərində də iştirak edib, lakin sonradan İrakli Alasaniyanın “Azad Demokratlar” partiyasının xeyrinə namizədliyini geri götürüb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google