Daxili İşlər Nazirliyinin məlumatına görə, Marneulidə
keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq nəticəsində
Azərbaycan Respublikasının iki vətəndaşı böyük miqdarda saxta pul
dövriyyəsinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin
Marneuli Rayon Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri və istintaq nəticəsində, əvvəlcədən
əlbir olan qrup halında böyük miqdarda saxta pul dövriyyəsinə görə,
Azərbaycan Respublikasının iki vətəndaşı –
1966-cı il təvəllüdlü
C.M. və 1993-cü il təvəllüdlü M.M. saxlanılıb.
İstintaqla müəyyən edilib ki, şübhəlilər Qırmızı Körpü gömrük-keçid
məntəqəsinin yaxınlığında yerləşən valyuta mübadilə köşkünün
ərazisində 7 ədəd saxta 500 avroluq əskinası dövriyyəyə
buraxıblar.
Hüquq-mühafizə orqanları saxta əskinasları maddi sübut kimi
götürüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci
maddəsinin 2-ci bəndi üzrə aparılır. Həmin maddə ilə 10 ilədək
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.