Marneulidə su təchizatı sisteminin bərpası səbəbindən küçələrin mərhələli şəkildə bağlanılması nəzərdə tutulur – Bələdiyyə
Marneulidə su təchizatı sisteminin bərpasına başlanılır – Rustaveli küçəsi mərhələli şəkildə bağlanacaq

Marneuli Şəhər Meriyası məlumat yayıb ki, Rustaveli küçəsində su təchizatı sisteminin bərpa işlərinə start verilir. Bu səbəbdən küçə aşağıdakı hissələr üzrə və göstərilən tarixlərdə mərhələli şəkildə bağlanacaq:

Hissə 1: Səməd Vurğun dairəsindən Mazniaşvili küçəsinin döngəsinə qədər
7 oktyabr – 21 oktyabr (13 gün)

Hissə 2: Mazniaşvili küçəsinin döngəsindən Qamsaxurdiya küçəsinin döngəsinə qədər
22 oktyabr – 3 noyabr (11 gün)

Hissə 3: Qamsaxurdiya küçəsinin döngəsindən Rustaveli körpüsünə qədər
4 noyabr – 16 noyabr (12 gün)

Hissə 4: Rustaveli körpüsündən Ədliyyə Evinə qədər
17 noyabr – 30 noyabr (11 gün)

"Bərpa işlərini “China Geo-Engineering Corporation” şirkəti, “Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti” MMC və Asiya İnkişaf Bankının sifarişi ilə həyata keçirəcək.  Marneuli Bələdiyyəsi yaranmış narahatlığa görə sakinlərdən üzr istəyir."
Print ელ. ფოსტა
თეგები: Marneuli
FaceBook Twitter Google