Aleksi Petriaşvili, Avropa və Avroatlantik strukturlara inteqrasiya
məsələləri üzrə Gürcüstanın
keçmiş dövlət naziri, 17 yanvarda keçirilmiş “Ataların və oğulların
marşı” zamanı yolu bağladığına görə 5000 lari məbləğində
cərimələnib. Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Tsekvava
Petrişvilini bu ittihamla cəzalandırıb.
Aleksi Petriaşvilinin sözlərinə görə, onu Rustavelidə yolu
bağladığına görə cərimələyiblər, lakin o hadisə yerinə çatanda, yol
artıq bağlı olub.
Jurnalist və aparıcı Eka Mişveladze sosial şəbəkədə paylaşım
edərək, Petriaşvilinin cərimələnməsinə münasibət bildirib. O qeyd
edib ki, Petriaşvili 17 yanvarda keçirilən "Ataların və oğulların
marşı"nda iştirak edirdi və həmin vaxt polis özü vətəndaşlara yolun
bağlanmasında kömək edirdi.
"
Bu barədə yazmalıyam, baxmayaraq ki, ölkədə daha böyük
ədalətsizliklər baş verir və onlarla insan daha çox diqqətə
layiqdir, o cümlədən aclıq edən Mziya Amağlobeli və Temur
Katamadze! 17 yanvarda keçirilən marş Rustavelidə başa çatdı.
Kadrlarda aydın görünür ki, polis özü yolda dayanır və vətəndaşlar
yolun bağlanmasında iştirak edirlər. Buka da onların arasında idi.
Polis artıq maşınları Rustaveliyə buraxmır və digər istiqamətə
yönləndirirdi. Bütün bunlar kadrlarda qeydə alınıb. Amma iki məsul
şəxs DİN-dən bu faktları görməməzlikdən gəldi və ağın üzərinə qara
deyirdi. Bu ədalətsizliyə baxmaq, dinləmək və dözmək çox çətindir.
Lakin mübarizə zəruridir! Mübarizə sona qədər davam edəcək, ta ki,
Gürcüstanı İvanişvilinin rejimindən azad etməyincə! Oliqarkiyaya
qarşı mübarizə davam edir!" – Mişveladze yazır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415