Daxili İşlər Nazirliyi maşın nömrələrini
tanıya bilən mobil sistem yaradır ki, bu da patrul polisi
ekipajlarına müxtəlif riskli sürücüləri yerindəcə müəyyənləşdirmək
imkanı verəcək.
Bu
barədə Daxili İşlər Nazirliyi tərəfindən yayımlanmış məlumatda
deyilir.
Nazirliyin məlumatına görə, patrul polisi ekipajlarına qeyd olunan
sistem müxtəlif riskli sürücüləri yerindəcə müəyyənləşdirərək polis
fəaliyyəti çərçivəsində preventiv xarakterli yoxlama aparmaq imkanı
verəcək.
Bundan əlavə, ilin sonunadək gizli patrul fəaliyyəti həyata keçirən
ekipajların sayı artırılacaq. Bu ekipajlar Gürcüstanın əsas
şəhərlərində hərəkət edəcək və yol hərəkəti qaydalarını pozan
sürücülərə qarşı sanksiya tətbiq edəcək.
Xatırladırıq ki, Daxili İşlər Nazirliyi bu gün yol təhlükəsizliyi
baxımından vəziyyətin analizi, 2019-cu ilin sonunadək həyata
keçiriləcək fəaliyyət planı və “Daha çox həyat üçün” adlı sosial
kampaniyanın təqdimatını keçirib.