Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60
günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali
Radaya göndərib
.
"Report" "112 Ukrayna"ya istinadən xəbər verir ki, bu haqda o,
Milli Təhlükəsizlik Şurasının iclasının gedişatında bildirib.
Poroşenko Ali Baş Komandan kimi hərbi vəziyyəti dəstəkləmək xahişi
ilə deputatlara müraciət edib. Prezident söz verib ki, bu rejim
əhalinin təcili səfərbərliyini
bildirmir, yalnız hərbi
mükəlləfiyyətlilərin hazırlığına aiddir.
Ukraynanın Milli Təhlükəsizlik Şurasının sədri Aleksandr Turçinovun
sözlərinə görə, bir gün əvvəl prezident tərəfindən çağırılmış hərbi
kabinet təsdiqləyib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz
Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa bir
şey deyil.
Daha əvvəl Ukraynanın Hərbi Dəniz Qüvvələrləri Rusiyanı gəmi
qrupuna atəş açmaqda ittiham edib.