Bu
gün amerikalılar qətlə yetirilmiş vətəndaş hüquqları müdafiəçisi
Matin Lüter Kinqin anadan olduğu günü qeyd edir.
Cənab Kinqin Birləşmiş Ştatları boyu təşkil etdiyi dinc nümayişlər
Afrika mənşəli amerikalıların bərabər hüquqlar əldə etməsinə
gətirib çıxardı.
1983-cü ildə prezident Ronald Reyqan 1929-cu ilin yanvar ayının
15-də Gorgiya ştatının Atlanta şəhərində anadan olmuş Martin Lüter
Kinqin ad gününün hər ilin yanvar ayının üçüncü bazar ertəsi bayram
ediməsi barədə qanun imzalayıb.
Martin Lüter Kinq vətəndaş hüquqları uğrunda mübarizədə lider
səviyyəsinə 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində
ictimai avtobuslarda irqi ayrı-seçkiliyə son qoymaq üçün hərakata
başçılıq etdiyi vaxt yüksəldi.
1963-cü ilin avqust ayında din xadimi olan Kinqin bərabər hüquqlar
uğrunda mübarizəsi ölkə miqyasında hərəkata çevrildi. O vaxt
Vaşinqtonda keçirilən mitinqdə 250 min nəfər iştirak edirdi. Kinqin
başçılıq etdiyi mitinqin məqsədi qanunvericilərə irqi
ayrı-seçkiliyə son qoyacaq vətəndaş hüquqlarına dair qanun
layihəsini qəbul etdirmək üçün təzyiq göstərmək idi. Onun
qeyri-zorakı etiraz aksiyaları və nitqləri vətəndaş hüquqları
hərəkatını irəliyə apardı və bərabərlik məsələsini bütün ölkənin
diqqət mərkəzində saxladı.
Kinq 1964-cü ildə Nobel Sülh mükafatına layiq görüldü. Həmin il
prezident Lindon Conson Vətəndaş Hüquqarı Aktına, bundan sonrakı il
isə Səsvermə Hüquqları Aktına imza atdı. Bu sənədlər ictimai
yerlərdə irqi ayrı-seçkiliyi qadağan etdi və qaradərililərin
səsvermə hüququndan məhrum edilməsi təcrübəsinə son qoydu
Mənbə:
Amerikanın
Səsi