Dünya
Dünya miqyasında koronavirusa yoluxma halları 2.2 milyonu keçdi
Con Hopkins Koronavirus Resurs Mərkəzi hazırda dünya miqyasında 2.2 milyondan çox koronavirusa yoluxma halının qeydə alındığını, 150 mindən çox ölüm halının olduğunu bildirir.

Vaşinqton cümə günü Birləşmiş Ştatların adekvat test imkanlarına malik olmadığına dair düşüncəni rədd edib və vətəndaşların təhlükəsizliyi və sağlamlığını əsas prioritet olaraq saxlayaraq ABŞ iqtisadiyyatını tədricən açmaq planlarını açıqlayıb.

Vitse-prezident Mayk Pompeo deyib ki, “Biz bu gün inanırıq ki, Birləşmiş Ştatlarda ştatların müvafiq gördükləri zaman birinci mərhələyə keçmələri üçün kifayət qədər test imkanları var.”

Ağ Evin qaydalarının birinci fazası restoranlar və fitnes salolnları kimi bəzi bizneslərin açılmasına icazə vermək daxildir.

Bəzi tibbi ekspertlər Vaşinqtonun genişmiqyaslı teslər keçirmədən məhdudiyyətləri yüngülləşdirmək istəyinə skeptik yanaşır və belə bir addımın yeni yoluxma hallarına səbəb ola biləcəyini proqnozlaşdırır.

Cümə günü Çin Uhanda COVID-ə yoluxma və ölüm halları ilə bağlı statistikasını yeniləyib. Səhiyyə rəsmiləri yaydıqları bəyanatda şəhərdə 1290 əlavə insanın öldüyünü bildirib. Bununla orada ölənlərin ümumi sayı 3869-a çatıb. Təsdiq olunan yoluxma halları da 325 nəfər artaraq 50.333-ə çatıb. Rəsmilər deyib ki, məlumatlardakı ziddiyətlərə koronavirus xaosu daxilində bir neçə amil səbəb olub. Çin rəqəmləri ört-basdır etdiyini inkar edir.

İspaniyanın Səhiyyə Nazirliyi də həmçinin ölüm və yoluxma hallarını hesablama üsulunda dəyişiklik edib və məlumatların ötürülməsində yaranan uyğunsuzluğu aradan qaldırmaq istədiyini bildirib. Cümə günü ölkədə bir gün ərzində virusdan təsdiq olunan ölüm halları 585 nəfər olub. Bu isə daha öncəki hesablama üsulu ilə təsdiq olunan 348 ölüm halından kəskin şəkildə çoxdur.

İspaniya koronavirusun təsirinə ən çox məruz qalan ölkələrdən biridir. Cons Hopkins Universitetinin statistikalarına əsasən orada 190 mindən çox yoluxma halı, 20 mindən çox ölüm halı təsdiqlənib.

Mənbə: Amerikanın səsi
FaceBook Twitter Google
დაიცავი დისტანცია