Covid-19-la əlaqəli olduğu düşünülən nadir sindrom səbəbindən ABŞ-da üç uşaq vəfat edib
Nyu York Ştatında nadir iltihab sindromundan 3 uşaq vəfat edib. Bu sindromu yeni koronavirusla əlaqələndirirlər. “Reuters”-in bildirdiyinə görə, bu barədə ştatın qubernatoru Endryu Kuomo bəyan edib.
Əlamətləri Kavasaki xəstəliyi və toksik şok əlamətləri ilə oxşar olan sindrom səbəbindən ilk uşağın vəfat etməsi cümə günü məlum olub.

Kuomo vəfat edənlərin yaşı və ümumi vəziyyəti haqqında danışmayıb, amma qeyd edib ki, sindrom uşaqlar üçün yeni riskdir.

Kuomonun bildirdiyinə görə, Nyu York Ştatının Səhiyyə Departamentinin əməkdaşları Covid-19-a yoluxan 73 uşağın vəziyyətini araşdırırlar. Bu uşaqlarda da həmçinin, bu sindroma bənzər simptomlar var. Kuomonun sözlərinə görə, sindromun simptomları arasında qan damarlarının iltihabı da vardır ki, bu da ürək problemlərinə yol aça bilir. O qeyd edib ki, vəziyyəti araşdırılan uşaqlarda Covid-19 və ya ona qarşı antitellər müşahidə olunur, “amma hospital sisteminə daxil olan zaman onlarda bu simptomlar yox idi.”
Kuomonun bildirdiyinə görə, “tamamilə mümkündür ki, bütün bunlar bir neçə həftə ərzində baş verəydi və diaqnoz qoyan zaman Covid-19-la əlaqə təsbit olunmayaydı.”

Bununla yanaşı, Kuomonun sözlərinə görə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Nyu-Yorkun Səhiyyə Departamentindən xahiş edib ki, sindromun aşkara çıxarılma-müalicə təlimatını tərtib etsinlər.

“Reuters”-in verdiyi məlumata görə, sindromun əlamətləri toksik şok və Kavasaki xəstəliklərinin əlamətlərinə – hərarətin olması, səpkilər, boğazda iltihabın yaranması, vəziyyət ağırlaşdığı hallarda ürək arteriyalarının iltihabına bənzəyir. Nəşriyyatın bildirdiyinə görə, alimlər hələ ki, sindromun yeni koronavirusla mümkün əlaqəsini araşdırırlar, çünki sindrom təsdiqlənən uşaqların hamısında virusun testinin nəticəsi müsbət olmayıb.

Uşaqlarda Covid-19-un Kavasaki və toksik şokla mümkün bağlantısının olması məlumatı Böyük Britaniyada bir neçə gün əvvəl yayılıb. Buna baxmayaraq, alimlərin hələ də dəqiq cavabı yoxdur ki, bu sindroma səbəb olan Covid-19-dur, yoxsa onlarda Covid-19-a yoluxana qədər bu xəstəlik qeydə alınırdı, ya yox.

Mənbə: Netgazeti

Print
თეგები: ABŞ Amerika covid-19 koronavirus USA