Koronavirus 60 milyon insanı "həddindən artıq yoxsulluğa" salacaq.
Dünya Bankının Prezidenti xəbərdarlıq edir.
David Malpass bankın bu il qlobal miqyasda iqtisadi böyümənin 5
faiz azalacağını gözlədiyini bildirib.
Bu, artıq milyonlarla insanın iş yerlərini və biznesini itirməsinə
və daha yoxsul ölkələrin də bunu hiss etməsinə səbəb olub.
"Dünyadakı milyonlarla dolanışıq məhv edilib və səhiyyə sistemləri
gərgin vəziyyətə düşüb," - David Malpass deyib.
"Təxmini hesablamalarımıza görə, 60 milyona qədər insanın həddindən
artıq yoxsulluğa məruz qalması - son üç ildə yoxsulluğun
azaldılması ilə bağlı bütün irəliləyişlərin silinməsidir", - cənab
Malpass çərşənbə axşamı günü xəbərdarlıq edib.
Dünya Bankı "həddindən artıq yoxsulluğu" gündə bir nəfərə 3 manat
23 qəpikdən (1.90 dollar və ya 1.55 funt sterlinq) az vəsaitlə
yaşamaq kimi müəyyənləşdirir.
Vaşinqtonda yerləşən kreditor yoxsul ölkələrə böhrandan çıxmaq üçün
160 milyard dollar qrant və aşağı faizli kreditlər təklif edir.
Cənab Malpass dünya əhalisinin 70 faizinin yaşadığı 100 ölkəyə
artıq təcili maliyyə yardımının verildiyini açıqlayıb.
"Dünya Bankı böyük həcmdə resurslar təqdim etsə də, bu, kifayət
deyil," - o deyib.
Cənab Malpass kreditorların kasıb ölkələrə kredit təklifləri
etməsinə qarşı acıqlı olduğunu da bildirib:
"Yavaş tempdən bir qədər acıqlıyam. Kommersiya kreditorları hələ də
ən kasıb ölkələrdən ödənişlər alırlar və ümumiyyətlə, daha sürətli
hərəkət etmək lazımdır".
Dünya Bankı Beynəlxalq Valyuta Fondu (BVF) ilə birgə kasıb
ölkələrin bu ilin sonuna qədər G20 üzvlərinə borclarının
qaytarılması ilə bağlı bir sxem üzərində işləyib. Bu sxem
kreditlərin ödənməsi üçün borc istəməyə imkan verir.
Eyni zamanda JP Morgan bankının icraçı direktoru Jamie Dimon
koronavirus pandemiyasının ədalətli cəmiyyət qurmaq üçün "oyanış
çağırışı" kimi xidmət etməli olduğunu deyib.
"Ümid edirəm ki, bu böhrandan kəskin dərəcədə daha çox insan üçün,
xüsusən çox uzun müddət geridə qalanlar üçün fürsət yaradan və
davam etdirən iqtisadiyyatı yenidən qurmaq üçün katalizator olaraq
istifadə edərik", Jamie Dimon çərşənbə axşamı günü deyib.
Mənbə: BBC.aze