Braziliyada koronavirusa 42 mindən çox yeni yoluxma halı təsdiqlənib, 1185 nəfər isə ölüb
Ölkənin səhiyyə nazirliyinin məlumatına görə, Braziliyada son bir gündə 42 725 koronavirusa yoluxma halı təsdiqlənib və yoluxanların ümumi sayı 1 188 631 nəfərə çatıb.
Bununla yanaşı, Braziliyada Covid-19 səbəbindən daha 1 185 nəfər həyatını itirib və bununla da ölənlərin ümumi sayı 53 830 nəfərə çatıb.

Son üç gündə ölkədə virusa 103 593 nəfərə yoluxub.

Məlumat üçün bildirək ki, Braziliya virusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci ölkədir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google