ABŞ-da ötən gün ərzində koronavirusun yeni 60 021 halı qeydə
alınıb və yoluxanların sayı 2 996 098 nəfərə çatıb – bu məlumatı
Cons Hopkin Universiteti yayımlayıb.
CNN-nin məlumatına görə, pandemiya başlayandan bugünə qədər bu
ölkədə yoluxmanın gündəlik ən yüksək göstəricisidir.
Bundan əlavə ölkədə “Covid-19” 1 195 nəfərin ölümünə səbəb olub və
ölənlərin ümumi sayı 131 480 nəfərə çatıb.
Virusa yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada birinci
yeri tutur.