Xəbərlər
Dünyada koronavirusa yoluxanların sayı 17 milyonu keçib
Dünyada koronavirusa yoluxanların sayı 17 milyonu keçib.
Worldometers-in məlumatına görə, bu günə qədər koronavirusa yoluxanaların sayı 17 038 000-i keçib və onlardan 666 000 nəfərdən çoxu ölüb.

Artıq 10 500 000-dən artıq xəstə koronavirusdan sağalıb. Hal-hazırda müalicə olunan xəstələrin sayı 5 800 000-i keçib.

ABŞ koronavirusa yoluxmuş insanların sayına görə ilk üçlükdə liderdir, burada 4 500 000 nəfər bu virusa yoluxub. Braziliya 2 400 000 nəfərlə ikinci, Hindistan isə 1 500 000 nəfərlə üçüncü yerdədir.

FaceBook Twitter Google
დაიცავი დისტანცია