Xəbərlər
"Bu bir cəhənnəm səhnəsi idi" [video]
ABŞ-ın Arizona əyalətində qatar relsdən çıxaraq aşıb və yanğın baş verib.
Bu barədə məlumatı Amerikanın CNN nəşri yayıb.

Qəza nəticəsində qatarın hərəkət etdiyi körpü qəzaya uğrayıb.

CNN-in verdiyi məlumata görə, qəzada güclü tüstü səbəbindən yalnız bir nəfər huşunu itirib.

Qəza baş verən zaman körpünün altındakı yolla üç maşın hərəkət edirmiş. Onlardan ikisi tez alovlanan rəngsiz yağ olan sikloheksanon maddəsi daşıyırmışlar. Həmin maddə neylonda və eyni zamanda həlledici olaraq başqa yerlərdə də istifadə olunur.

Xoşbəxtlikdən, qəza nəticəsində maye sızması baş verməyib.

"Bu bir cəhənnəm səhnəsi idi", – deyə hadisənin şahidi Kamilla Kimball bildirib.

Qatarın yoldan çıxmasının səbəbini istintaq müəyyən edəcək. Körpünün dağılmasının səbəbləri ilə bağlı da istintaq başladılıb.



FaceBook Twitter Google
დაიცავი დისტანცია