Xəbərlər
Rusiya koronavirusa qarşı peyvəndin sentyabrın sonunadək hazır olacağını söyləyir
“Meduza” onlayn nəşrində “Qamaley Epidemiologiya və Mikrobiologiya Mərkəzi”nin direktor müavini Denis Loqunov ilə reportaj dərc edilib.

Loqunov deyir ki, “Qamaley Epidemiologiya və Mikrobiologiya Mərkəzi”nin üzərində işlədiyi peyvəndin sentyabr ayında hazır olacağı və 2020-ci ilin sonunadək əhalinin kütləvi peyvənd edilməsi üçün istifadəyə veriləcəyi gözlənilir.

Loqunovun sözlərinə görə, peyvənd siçanlar, meymunlar və dağ siçanları üzərində sınaqdan keçirilir.

"Meduza" onlayn nəşrinin verdiyi məlumata görə, “Qamaley Epidemiologiya və Mikrobiologiya Mərkəzi”nin direktor müavini peyvəndin istifadəyə veriləcəyi tarixi söyləsə də, peyvənd üzərində aparılan işlərin elmi nəticələrini hələ ictimaiyyətə açıqlamayıblar.

2020-ci ilin iyul ayında Britaniyanın Kiber Təhlükəsizlik Mərkəzi Rusiya tərəfindən dəstəklənən haker qruplarının, dünyanın hər yerindəki institut və akademiyalardan Covid-19 peyvəndi araşdırmaları haqqında məlumatları oğurladıqlarını açıqlamışdı.

İngiltərə, ABŞ və Kanada “APT29-S” adı ilə tanınan qrupu kiber-hücumda ittiham edən birgə bəyanat yayıblar. Onların sözlərinə görə, bu qrup Rusiyanın təhlükəsizlik xidmətləri tərəfindən dəstəklənir.

"Biz koronavirus pandemiyası ilə mübarizədə həyati əmək sərf edənlərə qarşı edilən bu dəhşətli hərəkətləri pisləyirik",
– deyə NCSC-nin direktoru Pol Çiçester bildirib.


Mənbə: Publika



FaceBook Twitter Google
დაიცავი დისტანცია