Xəbərlər
Beyrutda nə partlayıb?

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın bilavasitə səbəbi hələ dəqiq bilinmir, lakin ölkə başçısı faciənin başladığı binada 2750 ton ammonium nitratının olması barədə faktı açıqlayıb.


Güclü partlayıcı maddələr 6 ildir təhlükəsizlik normalarına riayət etmədən şəhər limanı və yaşayış məntəqələri yaxınlığında yerləşdirilib.

Ammonium nitrat dağ-mədən avadanlıqları istehsalında istifadə olunması ilə yanaşı gübrələrdə istifadə olunan sənaye kimyəvi birləşməsidir. Melburn Universitetinin professoru Qabriel de Silva “Guardian”a açıqlamasında partlayışın nəticələrinin aradan qaldırılmasının "olduqca çətin olduğunu" və bunun yalnız xüsusi tədbirlər ilə edilə biləcəyini bildirib.

Onun sözlərinə görə, bir tərəfdən ammonium nitrat yanğını söndürə bilər, ancaq çirklənmişsə, məsələn, yağla birlikdə olduğu halda özü güclü partlayış mənbəyinə çevrilir.

"Düşünürəm ki, bu vəziyyətdə də belə oldu", – deyə o, bildirib.

Yuxarıda qeyd olunan birləşmənin partlaması havaya buraxılan elementlərin tez bir zamanda yox olmasına səbəb olur, amma buna baxmayaraq güclü çirkləndiricilər sonradan da problem yarada bilər.

"Əgər partlayış nəticəsində yaranan tüstüyə diqqət etsən, qan kimi qırmızı olduğunu görərsən. Bu azot oksidlərinin çirkləndiriciləri səbəbindən yaranıb",
– deyə professor qeyd edib.

Son məlumatlara görə, Beyrutda baş vermiş partlayış nəticəsində 100 nəfər həlak olub və 4000 nəfər yaralanıb. Ölkədə üç günlük matəm elan edilib. Eyni zamanda, prezident Mişel Aun bu günə hökumət iclası təyin edib. İclasda 2 həftəlik fövqəladə vəziyyətin müzakirə ediləcəyi bildirilir.
Ölkənin baş nazirinin sözlərinə görə, hadisəni törədənlər "əvəzini ödəyəcəklər".

Mənbə: Netgazeti

 

FaceBook Twitter Google
დაიცავი დისტანცია