İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü
Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan
ölənlərin sayı 23453 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2705 nəfər
koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı
407353 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3811 nəfərin
vəziyyəti ağır qiymətləndirilir.
O əlavə edib ki, İranda indiyədək 349984 nəfər koronavirusdan
sağalıb.
Mənbə: apa.az