Braziliyada son sutka ərzində daha 13 439 nəfərin koronavirus
infeksiyasına yoluxması, 377 nəfərin isə bu virusdan ölməsi
təsdiqlənib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə
4 558 068 nəfər yoluxub. Bu müddət ərzində 137 272 koronaviruslu
xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 3 887 199 xəstə müalicə olunaraq sağalıb.
Mənbə: apa.az