ABŞ Prezidenti Donald Tramp digər ölkələrdə istehsal olunan
koronavirusa qarşı peyvəndlərin istifadəsini istisna etmir və özü
vaksini qəbul edən ilk şəxs olmağa hazırdır.
TASS-a xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərlə
söhbətində Ağ Evin mətbuat katibi Keyli Makineni ABŞ liderinin
Rusiya və Çində istehsal edilən peyvəndlərdən istifadə etməyə hazır
olub-olmadığı sualını cavablandırarkən deyib.
Mətbuat katib Trampdan sitat gətirib: “Mənim üçün xarakterik
olmayan bir şey söyləyəcəyəm, amma həqiqətən, mənim üçün fərqi
yoxdur, sadəcə, işə yarayan bir peyvəndin olmasını istəyirəm. Başqa
bir ölkənin istehsalı olması məni maraqlandırmır. Onların
qarşısında papaqla şəkil də çəkdirəcəyəm”.
Keyli Makineni əlavə edib ki, hazırda Ağ Evə görə ən perspektivlisi
İngilis-İsveç əczaçılıq şirkəti olan “AstraZeneca” tərəfindən
Oksford Universitetinin alimləri ilə birlikdə hazırlanan
peyvənddir.
Mənbə:apa.az