Kreml Ermənistandakı hadisələrə münasibət bildirib
"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.

"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır", - o bildirib.

D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raket kompleksi barədə dediklərinə isə cavab verməyib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google