Ermənistanın keçmiş prezidentləri - Robert Köçəryan və Serj
Sarqsyan xalqı baş nazir Nikol Paşinyanın istefasını tələb edən
hərbçiləri dəstəkləməyə çağırıb.
Bununla bağlı sabiq prezidentlər müvafiq bəyanatla çıxış
ediblər.
"Qətiyyətli addımların zamanı gəlib", -
onlar vurğulayıblar.
Bununla belə, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan
neytral mövqedən çıxış edərək hakimiyyətlə müxalifəti vətəndaş
müharibəsindən qaçınmağa çağırıb. Onun sözlərinə görə, vətəndaş
müharibəsi nəinki Türkiyə və Azərbaycanın arzusunun çin olmasına
yol açacaq, həmçinin erməni xalqının sonunun başlanğıcı olacaq.
Erməni kilsəsi isə, öz növbəsində, son olayları narahatlıqla
izlədiyini açıqlayıb. Eçmiədzin vəziyyətin mümkün gərginləşməsini
yolverilməz və zərərverici olduğunu hesab edir. Kilsə prezident,
baş nazir, hökumət üzvləri və siyasi qüvvələrin liderlərini
vəziyyətin həlli yollarını danışıqlar masası arxasında axtarmağa
çağırıb.
Mənbə: report.az