“
Türkiyə pandemiya ilə mübarizə çərçivəsində 157 ölkə
və 12 beynəlxalq təşkilata tibbi yardım və dəstək göstərib. Xüsusən
afrikalı qardaşlarımızı bu çətin vəziyyətdə tək
qoymadıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin dövlət və
hökumət başçılarının iştirakı ilə təşkil etdiyi “COVID-19 və ondan
sonra inkişafın maliyyələşdirilməsi” adlı onlayn tədbirdə çıxışı
zamanı deyib.
O bildirib ki, COVID-19 pandemiyası qlobal sistemdəki
çatışmazlıqları bir daha gün üzünə çıxarıb.
“Dünyanın ən zəngin ölkələrini belə hazırlıqsız
haqlayan pandemiya daha az inkişaf etmiş ölkələrdə ciddi fəsadlara
səbəb olub. Hələ də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib.
Peyvəndə ədalətli əlçatanlıq zəmanət altına alınmayacağı təqdirdə
pandemiyanın başa çatmayacağı ortadadır. Yerli peyvənd istehsalı
ilə bağlı çalışmalarımız başa çatdıqda peyvəndimiz ən uyğun
şərtlərdə bəşəriyyətin istifadəsinə təqdim olunacaq”,
- deyə Türkiyə Prezidenti vurğulayıb.
Mənbə: apa.az