“Cənubi Qafqaz ətrafında cərəyan edən hadisələr
kontekstində Azərbaycan, Ermənistan, Gürcüstana, İran, Rusiya və
Türkiyənin daxil olacağı “3+3” formatının yaradılması təşəbbüsünü
müzakirə etdik.
İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi
Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı
həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə
rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür
konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə
biləcək".
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir
Abdullahian ilə görüşündən sonra keçirilmiş mətbuat konfransı
zamanı bildirib.
“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı
təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd
yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə
etdiyi narahatlıqlar mövcuddur”, - Lavrov deyib.
Mənbə: report.az