"Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu
hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına
yönəltmişdik".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
"Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz
Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz
qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya
bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla
təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz
gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik.
Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi
planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən
enerji mənbələrinə böyük sərmayə qoyuruq", - dövlət
başçısı bildirib.