Bugünkü hərraclar zamanı Türkiyə lirəsinin dollara qarşı məzənnəsi
ötən bir həftə ərzində dördüncü dəfədir tarixi minimumu yeniləyərək
9,28 TL/USD-dək geriləyib.
Hələ iyun ayından bərqərar olmuş 8,81 TL/USD-lik tarixi minimum
məzənnəsi sentyabrın 23-də Mərkəzi Bank tərəfindən faiz dərəcəsi
19-dan 1 faizədək azaldıldıqdan sonra azalmağa başlayıb. Bu il
martın 18-də faiz dərəcəsi 17-dən 19-dək artırıldıqdan sonra
Mərkəzi Bankın sədri Naci Akbala istefaya göndərilmişdi.
Ötən həftə ölkə Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın sədr
müavinləri Semih Tümən ilə Uğur Namiq Küçükün istefaya
göndərilməsindən sonra lirənin dollara qarşı məzənnəsi 9,18
TL/USD-yədək geriləyib.
Ekspertlərə görə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ölkədə
inflyasiyanın artmasını yüksək faiz dərəcəsi ilə əlaqələndirərək
dərəcənin azaldılması üçün Mərkəzi Banka təzyiq göstərir.