Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən “Report”az- ın
sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər
rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West
Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya
parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir
rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən
hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat
daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.