Fors-major hadisə baş verməzsə, bu gün - iyulun 29-da Ukraynanın
Odessa limanından taxıl dolu ilk gəmi yola düşəcək.
Məlumatı Rusiya KİV yayıb.
Bildirilib ki, Ukraynadan gün ərzində yola salınacaq taxıl dolu ilk
gəminin Somaliyə göndəriləcəyi gözlənilir. Gəmi 6 həftəyə Somali
limanına yetişəcək.
Qeyd edək ki, Rusiyanın Ukrayna limanlarını mühasirəyə alması
səbəbindən taxıl dolu gəmilərin nəzərdə tutulan istiqamətə
göndərilməsi mümkün deyil. Türkiyə ilə BMT-nin Rusiya və Ukrayna
arasında danışıqlar nəticəsində mühasirənin götürülməsinə nail
olunub. Danışıqlara əsasən, Rusiya gübrələri də Qara dənizdəki
limanlardan təyinatı üzrə göndəriləcək.