ABŞ antiterror əməliyyatı nəticəsində Üsama bin Ladenin məhvindən sonra terror təşkilatına rəhbərlik edən Əl-Qaidə lideri Əyman əl-Zəvahirini öldürüb
ABŞ antiterror əməliyyatı nəticəsində Əfqanıstanın paytaxtı Kabildə “Əl-Qaidə”nin lideri Əyman əl-Zəvahirini öldürüb. Bu məlumatı ABŞ prezidenti Co Bayden də təsdiqləyib.

BBC-nin məlumatına görə, Zəvahiri dronun raket hücumu nəticəsində evlərdən birinin eyvanında öldürülüb. Məlum olduğu kimi, Zəvahirlə yanaşı onun ailə üzvləri də orada olub, lakin ABŞ rəsmilərinin məlumatına görə, yalnız Əyman əl-Zəvahiri öldürülüb, qalan insanlar isə sağ qalıb.

Mediaya açıqlama verən Bayden bildirib ki, “Əl-Qaidə” liderinin aradan qaldırılması bir neçə aydır ki, planlaşdırılıb və öldürmək üçün son əmri özü verib.

Məlumat üçün bildirək ki, Ayman əl-Zəvahiri 2011-ci ildən, Usamə bin Ladenin məhvindən sonra “əl-Qaidə”yə rəhbərlik edib. O, həmin vaxta qədər terror təşkilatının əsas ideoloqu və Bin Ladeinin müavini olub.
Məlum olduğu kimi, Zəvahiri 11 sentyabr terror aktlarının təşkilatçılarından biri olub.
Print ელ. ფოსტა
FaceBook Twitter Google