Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr
Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət
bildirib.
TASS xəbər verir ki, o, bu məsələdə Vaşinqtonu tənqid
edib.
"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut
etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm.
Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə
etmirəm", - S.Lavrov əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN yaydığı bəyanatda ABŞ-ın
addımlarını təxribat xarakterli hadisə kimi qiymətləndirib.