Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 350 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 774 tank, 4022 zirehli döyüş maşını, 939 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 118 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 740 PUA, 180 qanadlı raket, 15 gəmi, 2 922 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google