Tailandda uşaq evinə silahlı hücumda ölənlərin sayı 36-ya çatıb
Tailandda uşaq bağçasına hücum nəticəsində 20-dən çox uşaq həlak olub

Tailandın şimal-şərqində silahlı şəxs tərəfindən 22-si uşaq olmaqla 36 nəfər öldürülüb. Utaisawan Na Klanq rayonunda tapança ilə silahlanmış şəxs uşaq bağçasına hücum edib.

Taylandın Təhqiqat Bürosu hücum edənin cinayəti törətdikdən sonra intihar edən keçmiş polis məmuru olması ilə bağlı daha əvvəl mediada yayılan xəbərləri təsdiqləyib.

İstintaqın məlumatına görə, 34 yaşlı kişi arvadını və uşağını öldürüb. Faciə ilə bağlı daha heç nə məlum deyil.
Print ელ. ფოსტა
FaceBook Twitter Google