Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü bildirib ki,
Ukrayna qüvvələri Rusiyanın
Kursk bölgəsində rus qoşunları ilə yanaşı döyüşən iki Şimali Koreya
əsgərini ələ keçiriblər.
Onun bu açıqlaması Ukrayna avqust ayında başlatdığı gözlənilməz
müdaxilə zamanı ələ keçirdiyi əraziləri əlində saxlamaq məqsədilə
Kurska yeni hücumlar həyata keçirməyə başlayandan iki gün sonraya
təsadüf edib.
Moskvanın əks hücumu nəticəsində Ukrayna qüvvələri ruhdan düşüb,
minlərlə əsgər ölüb və ya yaralanıb, Kurskda Ukraynanın ələ
keçirdiyi 984 kvadrat kilometr ərazisinin 40 faizindən çoxu geri
alınıb.
“Bizim əsgərlərimiz Kurskda Şimali Koreya əsgərlərini ələ keçirib.
Bunlar sağ qalan, amma yaralı halda olan iki əsgərdir ki, onlar
Kyivə aparılıb və Ukrayna təhlükəsizlik qüvvələri ilə
ünsiyyətdədir,” Zelenski Telegram tətbiqində deyib.
O, pəncərələri üzərində barmaqlıqlar olan bir otaqda çarpayılarda
dincələn həmin iki nəfərin fotolarını paylaşıb. Hər ikisində sarğı
olub, birinin çənəsində, digərinin isə hər iki əli və
biləyində.
Zelenski deyib ki, əsgərləri sağ-salamat ələ keçirmək “asan
olmayıb”. O, iddia edib ki, Kurskda döyüşən Rusiya və Şimali Koreya
qüvvələri Şimali Koreya əsgərlərinin mövcudluğunu gizlətməyə
çalışıblar ki, buna yaralı yoldaşlarını Kyiv tərəfindən əsir
götürülməmələri və dindirilməmələri üçün döyüş meydanında öldürmək
daxildir.
Ukraynanın təhlükəsizlik xidməti SBU şənbə günü iki əsgərlə bağlı
əlavə məlumat verib. Açıqlamada birinin heç bir sənədinin olmadığı,
digərinin isə Rusiyanın Monqolustanla həmsərhəd bölgəsi olan
Tuvadan olan bir şəxsin adına Rusiya hərbi biletini daşıdığı
bildirilib.
“Əsirlər ukrayna, ingilis və ya rus dilini bilmirlər, ona görə də
onlarla ünsiyyət Cənubi Koreya kəşfiyyatınlın əməkdaşlığı ilə
koreyalı tərcüməçilər vasitəsilə həyata keçirilir,” açıqlamada
deyilir.
SBU-nun məlumatına görə, əsgərlərdən biri iddia edib ki, ona
Rusiyaya təlim keçmək üçün getdiyini deyiblər, Ukraynaya qarşı
döyüşmək üçün deyil.
Agentlik hər iki şəxsin Cenevrə Konvensiyalarına uyğun olaraq tibbi
yardımla təmin edildiyini və "Cənubi Koreya kəşfiyyatı ilə
əməkdaşlıq çərçivəsində" araşdırıldığını bildirib.
Ukraynanın yüksək rütbəli hərbi rəsmisi keçən ay bildirib ki,
Kurskda Rusiya qüvvələri ilə birlikdə döyüşən bir neçə yüz Şimali
Koreya əsgəri döyüşdə ölüb və ya yaralanıb.
Ağ Ev və Pentaqon keçən ay Şimali Koreya qüvvələrinin cəbhə
xəttində əsasən piyada mövqelərində döyüşdüyünü təsdiqləyib. Onlar
rus bölmələri ilə, bəzi hallarda isə müstəqil şəkildə Kursk
ətrafında döyüşürlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415