Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə
müharibəsinə son qoymaqla bağlı təklifinə dəstəyini ifadə edib,
amma deyib ki, təfərrüatlar üzərində çalışmaq lazımdır.
“Biz döyüşlərə son qoymaq təklifləri ilə razılaşırıq, amma biz
atəşkəsin davamlı
sülhə aparmalı və böhranın əsas səbəblərini aradan qaldırmalı
olduğu fərziyyəsindən çıxış edirik,” Putin cümə axşamı Moskvada
müxbirlərə deyib.
“Bəlkə də mən Prezident
Trampa zəng edib, onnunla müzakirə
aparmalıyam,” o deyib.
Bundan öncə Putinin xarici siyasət üzrə baş müşaviri ABŞ-ın 30
günlük atəşkəs təklifini qəbul etməyib və Onun sadəcə olaraq
Ukrayna ordusuna döyüşlərdən müvəqqəti fasilə verəcəyini deyib.
Onun bu şərhləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff atəşkəs
təklifi ilə bağlı rusiyalı həmkarları ilə danışıqlar aparmaq üçün
Moskvaya getdiyi bir vaxta təsadüf edib. Uşakov müsahibəsində Ağ
Evin milli təhlükəsizlik müşaviri Mayk Valtzla mütəmadi olaraq
əlaqə saxladığını bildirib və deyib ki, onlar bu danışıqların məxfi
qalacağı barədə razılığa gəliblər.
ABŞ rəsmiləri bu həftənin əvvəlində atəşkəs planını təqdim etmək
üçün Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə görüşüb.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın səylərini alqışlayıb
və çərşənbə günü Ukraynanın “Amerika tərəfinin təklif etdiyi kimi
30 günlük atəşkəsə hazır olduğunu” deyib.
Zelenski qeyd edib ki, döyüşlərin dayandırılması Rusiyanın 2022-ci
ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə başlayan
münaqişə üçün daha geniş sülh sazişi yaratmaq üçün istifadə edilə
bilər.
Moskvada keçirilən danışıqlar Rusiya Müdafiə Nazirliyinin cümə
axşamı verdiyi açıqlamaya görə, qüvvələrinin Rusiyanın qərbindəki
Kursk vilayətinin əsas şəhəri olan Sudjaya nəzarəti Ukrayna
əsgərlərindən geri aldığını bəyan etdiyi bir vaxta təsadüf
edir.
Ukrayna qüvvələri avqust ayında Ukrayna ilə həmsərhəd Kursk
bölgəsinə qəfil hücum zamanı şəhəri ələ keçirib və o vaxtdan bəri
onu nəzarətində saxlamaq üçün mübarizə aparırdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415