Qərb ölkələri Ukraynaya verilən silahların atəş məsafəsinə qoyulan
məhdudiyyətləri aradan qaldırıb,
- Almaniya kansleri Fridrix Merts WDR-in efirində bildirib.
"Ukraynaya göndərilən silahların atəş uzaqlığına artıq nə
ingilislər, nə fransızlar, nə də bizim tərəfimizdən məhdudiyyət
var. Amerika tərəfdən də belə bir şey yoxdur", - o
vurğulayıb.
Merts əvvəllər dəfələrlə Ukraynaya hərbi yardımın artırılmasına, o
cümlədən keçmiş kansler Olaf Şolts hökumətinin çatdırılmasını
blokladığı uzaqmənzilli "Taurus" qanadlı raketlərinin verilməsinə
çağırıb.
"Mən həmişə demişəm ki, bunu edərdim, ancaq avropalı
tərəfdaşlarla razılaşdırmaqla",- o deyib. Merts xatırladıb
ki, bəzi Qərb ölkələri artıq Ukraynaya uzaqmənzilli raketlər
verir.
Bundan əvvəl Almaniya hökuməti Ukraynaya yeni hərbi yardım
paketlərinin məzmununu ətraflı açıqlamamaq qərarına gəlib.
Almaniyanın artıq Ukraynaya "Taurus" raketlərini
göndərib-göndərmədiyini Merts bildirməyib.
Kremlin mətbuat katibi Dmitri Peskov Mertsin sözlərini şərh edərkən
deyib: "Həqiqətdirsə, belə qərarlar potensial olaraq siyasi həll
yoluna çıxmaq istəklərimizə ziddir".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415