Zelenski: “Əməliyyatın ofisi Rusiyanın FSB rəhbərliyinə yaxın ərazidə yerləşirdi”
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də axşam yayımladığı videomüraciətində “Hörümçək toru” adlı genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) əməliyyatı barədə danışıb.

Onun sözlərinə görə, əməliyyatda ümumilikdə 117 dron və eyni sayda operator iştirak edib. Zelenski bildirib ki, Ukrayna PUA-ları Rusiya Federasiyasının əsas aerodromlarına hücum edərək, Rusiyanın strateji aviasiyasının 34 faizinə ziyan vurub.

“Əməliyyatın ‘ofisi’ Rusiyanın bir regionunda, birbaşa FSB rəhbərliyinin yerləşdiyi ərazidə fəaliyyət göstərib”, – deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, əməliyyat Rusiya ərazisinin müxtəlif bölgələrində, üç saat qurşağında həyata keçirilib və əməliyyatda iştirak edən şəxslər artıq ölkədən çıxarılıb, hazırda təhlükəsiz yerdədirlər.

Zelenski həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuka təşəkkürünü bildirib. Malyuk əməliyyatın planlaşdırılması və icrasına rəhbərlik edib. Rəsmi məlumata görə, əməliyyatın hazırlığı və həyata keçirilməsi Prezident Zelenskinin şəxsi nəzarəti altında olub.

“SBU”-dakı mənbənin “Unian” agentliyinə verdiyi məlumata görə, “Hörümçək toru” əməliyyatı bir il yarımdan artıq müddətdə planlaşdırılıb.

Logistika baxımından bu əməliyyat son dərəcə mürəkkəb olub. Əvvəlcə FPV tipli dronlar Rusiya ərazisinə ötürülüb. Daha sonra oraya kiçik, mobil taxta evciklər aparılıb. Dronlar həmin evciklərin dam hissəsində gizlədilərək yük maşınlarına yerləşdirilib. Əməliyyat zamanı damlar uzaqdan idarəolunan mexanizmlə açılıb və PUA-lar hədəf aerodromlara tərəf havaya qalxıblar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Ukrayna Volodimir Zelenski
FaceBook Twitter Google