Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə
komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.
İspaniya yığması dördüncü dəfə Avropa çempionu adını qazanıb.
Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və
Mikel
Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü
dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə İspaniya millisi
İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.