სიახლე
Mixeil Batiaşvili - Region və paytaxt arasında ümumi qabiliyyətin qiymətləndirilməsində 8-9 balla fərq var, çünki onlar hazırlaşa bilmirlər
Region və paytaxt arasında ümumi qabiliyyətin qiymətləndirilməsində 8-9 balla fərq var, çünki onlar hazırlaşa bilmirlər – bildirib Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili parlamentin plenar iclasında.

“Ümumi qabiliyyətin ilk qəbul olunmasında xoş məqsəd var idi, daha konkret desək sosial qeyri-bərabərliyi aradan qaldırmaq. Real olaraq statistik göstəricilərlər ümumi qabiliyyət– məsləhətçilərlə, ədəbiyyatla ayrı sahəyə çevrildi. Qeyri-bərabərliyin aradan qaldırılması məqsədimiz yerinə yetmədi” - qeyd edib nazir.

Batiaşvilinin sözlərinə görə, milli imtahanların reforması universitetlərin mutxariyyətinin artmasına istiqamətlənib.

“Onlar qəbul imtahanında istədikləri fənni tələb edə biləcəklər və imtahanın keçirilməsini Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi təmin edəcək. Bu baxış sonuna qədər formalaşmayıb və çalışmalar universitetlərin də qoşulması ilə davam edir. Bəzi universitet artıq qəbul imtahanında hansı fənnə üstünlük verəcəyinin üzərində çalışır” - qeyd edib Batiaşvili.

FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია