1989-cu il 9 apreldə nə baş verib və niyə İrakli Kobaxidze “Rusiya” sözünü deyə bilmir?
1989-cu ilin 9 apreli Gürcüstan üçün həm ən faciəli, həm də milli özünüdərketmənin zirvəsində olan günlərdən biridir. Elə bir gün ki, Rustaveli prospektində Sovet ordusu gürcü gənclərinin qanını axıtdı, lakin həmin gün azadlıq ideyası əsarətə qalib gəldi.
36 il sonra, 2025-ci ilin 9 aprel tarixində “Gürcü Arzusu”-nun Baş naziri İrakli Kobaxidze bu faciə ilə bağlı siyasi bəyanatla çıxış edib, lakin əsas tarixi faktı – bu qanlı basqının Rusiya tərəfindən həyata keçirildiyini deyə bilməyib.
“Rusiya” və ya “Sovet İttifaqı” əvəzinə o, mənasız bir ifadə işlədib: “xarici qüvvə”.

“Bu gün də Rustaveli prospektində xarici qüvvə nifrəti alovlandırır...”, - Kobaxidze bildirib. Amma 36 il əvvəl Gürcüstan vətəndaşlarını kimin tankları, qoşun hissələri və xüsusi təyinatlılarının qətlə yetirdiyini dəqiq qeyd etməyib.
Əgər Kobaxidze deyə bilmirsə – biz xatırladacağıq.

1989-cu ilin 9 aprel vəhşiliyinin arxasında kim dayanırdı?

1989-cu ilin 9 aprelində Tbilisinin Rustaveli prospektində Gürcüstanın müstəqilliyi tələbi ilə keçirilən dinc nümayiş Sovet İttifaqının hərbi qüvvələri tərəfindən qan içində dağıdıldı. Əməliyyata Cənubi Qafqaz Hərbi Dairəsinin komandanı, rus general İqor Rodionov rəhbərlik edirdi.

Basqında Rusiya Sovet Federativ Sosialist Respublikasının silahlı qüvvələrinin və daxili qoşunlarının aşağıdakı hissələri iştirak edib:
Dzerjinski diviziyasının 4-cü motoatıcı polku – 650 əsgər
Kirovabadın 345-ci hava-desant polku – 440 əsgər
Rusiya Perm və Voronej OMON xüsusi təyinatlıları – 160 nəfər
DİN-in Qorki Ali Məktəbinin kursantları – 450 nəfər
8-ci motoatıcı polk – 650 əsgər

Əlavə olaraq istifadə olunub:

6 ədəd BTR-70 zirehli transportyor
8 ədəd BMD tipli döyüş maşını.
Gürcüstanın ilkin plana görə, rus əsgərləri ilə nümayişçilər arasında durmalı olan polis qüvvələri Rodionovun əmri ilə kənara çəkilib və rus əsgərlərinə dinc əhaliyə hücum əmri verilib.

Həmin gün 21 nəfər, o cümlədən yeniyetmə qızlar, boğularaq və kəllə-beyin travmasından həlak olub. Yüzlərlə insan yaralanıb.

Həmin gün “xarici qüvvə” nə edib?

Hətta bir uşaq da bilir ki, 9 apreldə “xarici qüvvə” Rusiya idi – Sovet Rusiyasının ordusu, Sovet İttifaqının adı altında. 2025-ci ildə isə, illərlə cəmiyyətə Avrointeqrasiyanın əsas prioritet olduğunu deyən bir hakimiyyət, bu gün addım-addım Rusiya yolunu tutur. “Gürcü Arzusu”-nun simvolları – mavi fonda ulduz – Avropa İttifaqı bayrağını xatırlatsa da, hakimiyyətin 13-cü ilində hökumət real tərəfdaşlıqdan imtina edir və prorus davranışı nümayiş etdirir.
Özünü prorus qüvvə adlandırmasa da, məhz belə davranır – tarixi yaddaşı zəiflədir, ifadələri qeyri-müəyyənləşdirir, keçmişin ağrılarını inkar edir , ölkənin faciələrini siyasi məqsədlərinə uyğun istifadə etməyə çalışır. Bu, yalnız mənəvi zərbə deyil, eyni zamanda Gürcüstanın azadlıq və Avropaya aparan yolunun əsas dəyərlərindən açıq şəkildə uzaqlaşmadır.

Həmçinin, yenə də Rustaveli prospektində:
Gənclər həbs edilir;
“Səthi baxış” adı altında küçədə yoxlamalar aparılır;
Mediaya sükut yüklənir;
Ən ali dəyər – azadlıq ideyası – hücuma məruz qalır;

9 aprel bizə öyrətdi: zorakılıq ötəridir, lakin azadlıq ideyası davamlıdır.

Bu gün bizim borcumuz baş verənləri öz adı ilə çağırmaqdır:

9 apreldə Rusiya Gürcüstan gənclərini qətlə yetirdi.
Əgər siyasətçilər bunu deməyə cəsarət etmirsə – biz deyəcəyik.
Print ელ. ფოსტა
თეგები: 9 aprel Gürcüstan Rusiya
FaceBook Twitter Google