Ulduz falı: Təcili həllini tələb edən məsələlərlə məşğul olun
Qoç
- bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması
üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun.
Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün praqmat davranın. Günün ikinci yarısında davranışınıza
fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu
bacarın.
Buğa - günün ilk yarısında yaranan seçim imkanlarından bəhrələnin.
Spontan şərtlər sizi qərarlarınızda qəti olmağa vadar edəcək.
Yaşamınızda indi qəflətən baş verən hadisələr çoxdur. Sakit olun,
təmkinli davranın. Qüvvələrinizə qənaət edin. Resurslara
ehtiyacınız olacaq.
Günün ikinci yarısında alış-verişi, maliyyə əməliyyatlarını
ertələyin. Borc almayın, borc verməyin. Yaxınlarınızdan biri ilə
maddi məsələlərə görə anlaşılmazlıq yarana bilər.
Əkizlər - günün ilk yarısı əlverişli zamandır. Danışıqlar aparmaq,
sövdələşməyə başlamaq, yeni tanışlıqlara nail olmaq, qarşınıza
qoyduğunuz məqsədə çatmaq üçün aktivləşmək olar. Yeni ideya və
layihələri bir qədər ertələyin. Situasiya sizdən daha çox cari
işlərlə məşğul olmağı tələb edir. Vədlərə sadiq qalın, öhdəlikləri
yerinə yetirin.
Xərçəng - günün ilk yarısı nevroz vəziyyətdir. Situasiya sürətlə
dəyişəcək. Stabillik hissi yoxdur. Qərarları sürətlə, tez,
psixoloji komfortu nəzərə almadan verin. Yaxın ətrafınızdakı
insanlarla münasibətlərdə gərginlik yarana bilər. Münaqişəyə səbəb
olmayın.
Günün ikinci yarısında narazılıq artacaq. Münasibətlərin ənənəvi,
köhnə modelləri sizi artıq təmin etmir, yeni konstruksiya isə gözə
dəymir. Səbr və təmkin indi ehtiyac duyduğunuz
xüsusiyyətlərdir.
Şir - təcili həllini tələb edən işlərlə məşğul olun. Sərmayə və
maliyyə məsələlərində ehtiyatlı olun. Diqqətli davranın. Enerji
səviyyəniz aşağıdır. Qəfil hadisələr sizdən sürətli reaksiya və
məntiqli həll tələb edir. Hadisələrin həddən artıq sürətli
axarından kənarda qalmayın.
Günün ikinci yarısında imzalayacağınız sənədləri diqqətlə
oxuyun.
Qız - günün ilk yarısı yaxşı zamandır. Gərəkli informasiya
axtarışları maraqlı tapıntılarla sonuclana bilər. Yeni situasiyadan
istifadə edərək irəliləməyə çalışın. Həmfikir və şəriklərlə birgə
fəaliyyətə üstünlük verin. Günün ikinci yarısında maliyyə itkiləri
riskini mümkün qədər azaldın. Spontan istəklər və illüziyaların
əsiri olmayın. Səhvlərin fəsadları ağır ola bilər.
Tərəzi - qəfil xəbərlər alacaqsınız. Sizə birbaşa dəxli olan
məsələlərin həlli ilə məşğul olun. Kollektivdə dəyişikliklər,
planlara yenidən baxılması, yeni tapşırıqlar və öhdəliklər istisna
deyil. Köhnə mövqelər sizi təmin etmirsə, onlardan imtina edin.
Yeni imkanlar yaranır.
Günün ikinci yarısında heç bir səbəb olmadan qısqanclığa
qapılmayın. Yaşamınızda köklü dönüşə səbəb olacaq qərar zamanı
deyil. Sabit münasibətlərdən imtina etməyin, əlaqələri kəsməyin.
Məişət qayğılarını növbə ilə həll edin. Yaşam arealını qaydaya
salın.
Əqrəb - işlərinizdə qayda yaradın. Qayğı tələb edən obyekt spontan
formalaşacaq. Həddən artıq yükə boyun olmayın, qüvvə və
imkanlarınızı real dəyərləndirin. Fiziki tonus səviyyəniz aşağıdır.
Tələsməsəniz, prioritetləri dəqiq müəyyənləşdirsəniz, gərəkli işlər
məhz lazımi məcrada hərəkətə gələcəklər. Günün ikinci yarısında
dəyişikliklər uğurludur. Yeni situasiyanın fərqli şərtlərinə
sürətlə uyğunlaşmağa çalışın. Önəmli məsələləri həll etmək, cari
qayğıların çözülməsi ilə məşğul olmaq mümkündür. Məsləhət istəyən
insanın sözlərini qulaqardına vurmayın.
Oxatan - günün ilk yarısı perspektivlər baxımından sərfəlidir.
Aldığınız təklifləri dəyərləndirin. Səfər və ya yerdəyişmə ilə
bağlı tapşırıqlardan imtina etməyin. Xəbərlər və informasiyaların
axınında olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar
sizi diqqətlə dinləyəcəklər. Yazışmalarda passiv olmayın. Yeni
ideya verə biləcək insanlarla sürəkli əlaqə saxlayın. Ünsiyyətdə
özünüzü məhdudlaşdırmayın.
Oğlaq - ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün
yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə
başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq
üçün əlverişli zamanın axtarılması vaxtıdır. Günün ikinci yarısında
işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək,
planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz
artacaq.
Dolça - günün ilk yarısında problemlərin sayı artacaq. Təcili
həllini tələb edən məsələlərlə məşğul olun. Sizi işdən ayıra
biləcək xəbərlərə aludə olmayın. Fəaliyyət istiqamətinin dəyişməsi,
yeni mühüm seçim istisna deyil. Borcları qaytarın, hesabları
ödəyin.
Günün ikinci yarısında işlər düşündüyünüzdən də yaxşı alına bilər.
Stavkaların yüksək olduğu situasiyalarda diqqətli olun. Rəqabət
mübarizəsi kəskinləşəcək. Yaxın ətrafınızdakı insanlardan biri sizə
qarşı vicdansızlıq edə bilər.
Balıqlar - hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza
yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir
qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra
etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.