Qoç - əlavə işlər görməyin. Gün xoşagəlməz sürprizlər vəd edir.
Həddən artıq diqqətli, sərvaxt olun. Ev işlərini qulaqardına
vurmayın.
Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında mübahisəyə qatılmayın. Əsəbisiniz. Emosional
davranışınız işləri korlaya bilər.
Yad təsirdən qorunun, məramlarınızdan əl çəkməyin.
Yaxşı tanımadığınız insanla sirr bölüşməyin.
Axşam saatları ciddi məsələlərin müzakirəsi üçün əlverişli
deyil.
Buğa - şanslar və imkanların bol olduğu gündür. Qarşınıza
qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Maneələr və sədlər sizi
sapdırmamalıdır. Hadisələrin yeni mərhələsi formalaşır. Yeni
planlar qurun.
Günün ikinci yarısında aktiv fəaliyyət göstərin. Görəcəyiniz işləri
dəqiqləşdirin. Problemin çözümünə ailə üzvlərini də cəlb etmək
olar.
Yaradacılıqla məşğul olmaq da mümkündür.
Axşam saatlarında normal istirahət etməyə can atın. Özünüzü rahat
hiss etdiyiniz yeri seçin.
Əkizlər - praktik olun, situasiyanı qiymətləndirin. Məqsədə doğru
əzmlə hərəkət edin. Maraqsız və mənasız işlərə vaxt sərf
etməyin.
Fəaliyyət sizdən qarşılıqlı anlaşma və yaxşı reaksiya tələb edir.
Yeniliklərlə bağlı tələsik fikir yürütməyin. Fərqli ritm olmalıdır.
Əməkdaşlığın şərtlərini təhlil edin.
Günün ikinci yarısında dominion mövqe tutmağa can atırsınızsa,
ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın. Bəzi
hadisələri təxminləyə bilsəniz, vəziyyətə təsir rıçaqlarına
yiyələnəcəksiniz.
Hədəfə çatmağın daha asan, sərfəli yollarını tapın.
Şəxsi münasibətlərdə təşəbbüsü ələ alın.
Xərçəng - dostların və tanışların təkliflərindən istifadə edin.
Yeni tanışlıq, faydalı mübadilə üçün əlverişli zamandır.
Kənardan təsirlər azdır. Maraqlandığınız işlə məşğul ola
bilərsiniz. Formalaşan situasiyanın tələblərini nəzərə alaraq
fəaliyyətinizdə bəlli korrektələr edin.
Təcili olmayan məqamların həllini ertələyə bilərsiniz.
Günün ikinci yarısında yazışma informativ olacaq. Müzakirələri
gərəkli saydığınız məcraya yönəldin. Bundan sonrakı prioritetləri
müəyyənləşdirin.
Axşam saatları romantik anlar vəd edir.
Şir - mühüm işlərdən birində ləngimələr və təxirəsalmalar yarana
bilər. Problemlərin sayı artacaq. Maneələrin dəf olunması vaxt və
qüvvə tələb edir. Kobud səhvlərə yol verməyin. Başqasının
yanlışlığını bağışlamağı bacarın.
Günün ikinci yarısında irəliyə doğru hərəkətdə fərqli istiqamət
seçə bilərsiniz. Kənar təsir altına düşməyin. Prosesi qismən də
olsa, nəzarətdə saxlmağa çalışın. Fəaliyyətinizin keyfiyyətini,
səmərəsini artırın.
Qız - əsas məsələni diqqətdə saxlamaqla yanaşı, təfərrüatlara və
xırdalıqlara da fikir verin. Səmimi, qayğıkeş olun. İntriqalardan
uzaq durun. İşdə rəhbərliyin tapşırığını vaxtında yerinə yetirin.
Emosiyalara uymayın. Əks halda sonradan sizi pərişan edəcək hadisə
baş verə bilər.
Günün ikinci yarısında müxtəlif məlumatlar alacaqsınız.
Hiperaktivlik etməyin, ünsiyyəti mübahisələrlə
"zənginləşdirməyin".
Fəaliyyətinizi dürüst planlaşdırın. Sövdələşmə və yeni layihələr
üçün münasib zaman deyil. Məşğul olduğunuz işi tamamlayın.
Şəxsi münasibətlərdə sərinlik yarana bilər. Səbrli olun.
Tərəzi - çoxdan bəri reallaşdırmaq istədiyiniz işə başlamaq üçün
əlverişli vaxtdır. Tələskənliyə yol verməyin, aramla çalışın.
Yarımçıq işlər qoymayın.
Yaxın ətrafınızdakı insanlarla bağlı narazılıq yarana bilər. Fəqət,
gərginlik yaratmayın, münaqişə səbəbkarına çevrilməyin. Proseslərə
kənar müdaxilə yolverilməzdir.
Günün ikinci yarısında bəzi əlaqələri bərpa etmək mümkündür. Bəzi
məsələlər nəzərdə tutduğunuzdan artıq vaxt və zəhmət tələb edəcək.
Şəraitin diqtə etdiyi seçim imkanları məhduddur. Axşam saatlarında
maraqlı təklif ala bilərsiniz.
Əqrəb - eqoist olmayın, təşəxxüslü və xudbin insan təsiri
bağışlamayın. Tərəfdaşınızın maraqlarını nəzərə alın. Ehtiyatları
artırın, fəaliyyət arealını nizama salın. Stabilliyə ehtiyacınız
var.
Böyük xərclər tələb edən zamandır. Maliyyə vəsaitinizi nəzarətdə
saxlayın. Yalnız, gerçəkdən də, ehtiyac duyduğunuz əşyalar
alın.
Günün ikinci yarısında planlar dəyişəcək. Sizə dəyər verən
insanların yardımları ilə problemi həll edə bilərsiniz. Yaxın
ətrafınızdakı insanlarla manipulyasiya etməyin. Bütün fikrinizi işə
yönəldin, nəticə əldə etməyə çalışın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - təmaslarda və müzakirələrdə mövqelərinizdən geri
çəkilməyin. Vədlərə əməl edin, anlaşmaların şərtlərini pozmayın.
Yeni layihəyə tələsmədən başlayın.
Yalnız etibar etdiyiniz tərəfdaşla, sınanmış insanlarla işləyin.
Böyük maliyyə xərcləri tələb edən innovasiyaları təxirə salmaq
olar. Sənədləşdirmədə gecikmələr olacaq. Sorğu və ya məktublar
cavabsız qala bilər.
Günün ikinci yarısında potensialınız və qüvvələriniz dürüst
hesablanmazsa, ifrat yorğunluq istisna deyil. Diqqət mərkəzində
olmağa can atmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - problemlərin mahiyyətini və yaranma səbəblərini araşdırın.
Ünsiyyət çevrənizi genişləndirin. Yeni tərəfdaşlara ehtiyacınız
var.
Parlaq yeniliklər və maraqlı olaylar gözləyirsinizsə, zənninizdə
aldana bilərsiniz. Daxili rahatlığı dəyərləndirin. Gələn xəbərləri
təhlil edin.
Riskə aludə olmayın, avantüralara qatılmayın.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Həmkarlar və ya
tərəfdaşların tənqidlərinə aqressiv reaksiya verməyin.
Axşam saatlarında evdə faydalı işlə məşğul olun. İntellektual
işlərlə yanaşı, fiziki təmrinləri də unutmayın.
Dolça - günün ilk yarısında planlarda dəyişiklikər labüddür.
Yaxınlarınızdan birinin təcili yardıma, köməyə ehtiyacı var. Çətin
vəziyyətə düşən insana laqeyd qalmayın. Görüləsi işlərin sayı
artacaq. Narahat olmayın, ağır problemlərin öhdəsindən gələ
bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə emosiyaların əsiri
olmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa çalışın.
Sözlərinizə diqqət verin.
Yaşam arealında qayda yaradılması sizə estetik həzz verə bilər.
Daxili harmoniyaya nail olun.
Balıqlar - yaşam arealınızda yeniliklərə başlamaq olar. Bəzi
məqamlarla və əlaqələrlə vidalaşmalı olacaqsınız. Qətiyyətli olun,
iradəli davranın. Təmir, dəyişikliklər, yenilənmələr üçün pis gün
deyil.
Günün ikinci yarısında qüvvənizi və enerjinizi ünvanlaya
biləcəyiniz istiqamətləri dəqiqləşdirin. Yarımçıq işləri başa
vurun. Fəaliyyətdən maksimal gəlir əldə etməyə çalışın. Yaxın
ətrafınızdakı insanlar sizi dilə tutur, nəyəsə vadar etməyə can
atırlarsa, "yox" deməyi bacarın.
Planlarınızda olmayan məsələlərə çoxlu vaxt və səylər ayırmayın.
Münaqişəli situasiyalarda təmkinli davranın, səbrli olun.
Karyeranızda yeni perspektivlər var. Amma hələlik hər şey
danışıqlar və müzakirələr səviyyəsindədir.